İranda 15 noyabr tarixindən başlayan  aksiyalarda ən az 143 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə  “Amnesty International” təşkilatı məlumat yayıb.  

Məlumata görə, ölümlərin çoxu polisin  etirazçılara atəşi nəticəsində baş verib. Aksiyaçılardan birinin gözyaşardıcı qaz nəticəsində, digərinin birbaşa hədəf alması nəticəsində öldürüldüyü     qeyd olunur.

Qurumun şahidlərdən aldığı məlumatlara və  gələn videolar əsasında  rəqəmsal mərkəzin apardığı araşdırmaya əsasən, təzyiq göstərməyən və  silahsız aksiya iştirakçıları da polis tərəfindən hədəfə alınıb.

Məlumatda bildirilir ki,  yaralananların bəziləri xəstəxanalardan götürülərək həbs olunub.  Eyni zamanda ölən etirazçıların cəsədlərinin ailələr\ə təslim edilmədiyi, bəzi vaxtlarda təhlükəsizlik əməkdaşlarının onları başqa yerlərə daşıdığı qeyd olunur