23 noyabr tarixində, Rabitəbank əməkdaşları ilə birgə, “Yaşıl Qazanc” əmanət kampaniyası çərçivəsində, ilk əmanətçilərinin adına Günəşli qəsəbəsində təbiəti qorumaq üçün, kütləvi ağac əkilməsi aksiyası təşkil etmişdir. 300-dən çox ağacın əkilməsində, Rabitəbank-ın İH sədri Elçin Qədimov, bankın top və orta rəhbər şəxsləri ilə yanaşı, könüllü olaraq aksiyaya qoşulan əmanətçilər iştirak edirdi.
Unikal.org xəbər verir ki, bankın Universal əmanət (depozit) məhsulundan yararlanan müştəriləri, Rabitəbanka əmanət yerləşdirərək, “Yaşıl Qazanc” kampaniyasına əsasən depozit müddətin sonunda 9% ilə yanaşı 3%-dək bonus faizlər əldə edəcək. Həmçinin müştərilər yerləşdirdikləri əmanətin faizlərini aylıq, rüblük və müddətin sonunda əldə edə bilir, faizlərin ödənilməsi üçün MasterCard debit və ya Visa debit plastik kartına tamamən ödənişsiz əldə edir. Rabitəbank müştərilərinin depozitləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Bu möhtəşəm və təbiətə sevgi ilə təşkil olunan kampaniya 30 dekabr 2019-cu ilə dək keçərlidir.
Qeyd edək ki, bir neçə gün öncə rebrendinq edən Rabitəbank, yaşıl rəngin 3 ton palitrasının yer aldığı yeni loqo və rahat bankçılıq şüarı ilə, ölkənin bank sahəsində unikal məhsulları və rəqəmsal xidmətləri ilə yeniliklərə öz imzasını atmışdır. Həmçinin bank, kütləvi şəkildə məhsul və xidmətlərində sosial məqamların da yer alınmasına xüsusi diqqət göstərir.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitəBot adlı çatbotu ilə müştərilərin xidmətindədir.