Rusiya 2020-ci ildə Türkiyə ilə “S-400” zenit-raket kompleksiylə bağlı yeni müqavilə imzalaya bilər.
Unikal.org xəbər verir ki, bunu Rusiyanın silah ixracat şirkəti “Rosoboroexport”un rəhbəri Aleksandr Mixeyev açıqlayıb.
O texniki mövzularda Türkiyəylə anlaşdıqlarını, maliyyə mövzusunda müzakirənin davam etdiyini bildirib.
Mixeyev vurğulayıb ki, Türkiyə ilə hərbi sahədə əməkdaşlıq tək “S-400”lə bitmir, qarşıda böyük planlar var.