UNEC-də Sürətli Təhsil (UST) və Part-Time proqramları üzrə təhsil modeli tətbiq ediləcək.
Unikal.org xəbər verir ki. dünya praktikasında geniş istifadə olunan Bolonya prinsiplərinin mövcud qanunvericiliyinə əsasən, tələbələrin təhsilalma müddəti onların nailiyyətləri və fərdi tədris planına uyğun kreditlərin əldə edilməsi müddəti ilə müəyyən edilir. UNEC mövcud qanunvericiliyin daha sistemli tətbiqi üçün UNEC Sürətli Təhsil (UST) və Part-Time proqramları hazırlayıb. UST təhsil formasına qoşulmaq UNEC tələbələrinə universiteti 4 ildən daha tez müddətə bitirmək, iş dünyasına digər məzunlarla müqayisədə daha tez qoşulmaq və elmi fəaliyyətlə daha tez məşğul olmaq imkanı yaradacaq.
Part-Time təhsil modelinə qoşulmaq isə tələbələrin həm işləmək, həm də təhsil almaq hüququnu təmin edəcək. UNEC-də bu proqramların sistemli modellərinin tətbiqi tələbələrə fərdi tədris qrafikinin düzgün tərtibi və proqramlara müraciət şərtlərinin aydınlaşması baxımından böyük əhəmiyyətə malikdir.