“Əgər Dövlət Gömrük Komitəsinə rüsumların azaldılması ilə bağlı təkliflər daxil olsa, biz onlara etiraz etmərik”.
Unikal.org xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Komitəsinin sədri Səfər Mehdiyev deyib.
“Gömrük rüsumlarının müəyyən edilməsi bizim səlahiyyətimizdə deyil. Komitə olaraq özümüz də hökumətə bir sıra təkliflər vermişik. Bunlardan biri ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsinin stumullaşdırılması ilə bağlıdır. Təklif etmişik ki, yaşı 7 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət qoyulsun. Həm ekoloji tarazlıq, həm də insanların sağlamlığıni düşünərək bu cür təkliflə çıxış etmişik", - deyə o, qeyd edib.
***15:47
Dövlət Gömrük Komitəsi (DGK) 2019-ci ilin dövlət büdcəsi ilə bağlı proqnoz tapşırığına noyabrın 5-də 100% əməl edib. 10 ay ərzində isə büdcə öhdəliyi 123% yerinə yetilirib.
Unikal.org xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfrasında Komitənin sədri Səfər Mehdiyev məlumat verib.
“Bu gedişlə bu il büdcəyə 700 milyon manat əlavə vəsait köçürəcəyik”, - deyə o, qeyd edib.
Xatırladaq ki, bu il DGK-nın büdcə öhdəliyi təxminən 3,7 milyard manatdır.
****15:24
"Əgər əvvəllər sərhət-keçid məntəqələrinin nəqliyyat vasitəsi tutumu gündəlik 200 ədəd idisə, bu gün bu rəqəm 450-600 ədəddir”.
Unikal.org xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, məntəqələrdə quraşdırılan yeni avadanlıqlar, xüsusilə də "body scan" aparatları hesabına qaçaqmalçılıq hallarının qarşısı alınır.
Famil Fərhadoğlu