"Unikal.org" saytının daha bir əməkdaşının bələdiyyə seçkilərində namizədliyi təsdiqlənib.
Bu haqda jurnalist Zaurə Əmirova qeyd edib ki, namizədliyi 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin Lökbatan bələdiyyəsi üzvlüyünə qeydə alınıb:
“Seçkilərə bitərəf namizəd kimi qatıldım. Ölkə başçısının gənclərə göstərdiyi etimad məni də bu addımı atmağa daha da cəsarətləndirdi. Bu işdə mənə dəstək olan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. İnşallah verdiyim qərar hər kəs üçün xeyirli-uğurlu olar".