Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasına yeni sədr təyin edilib.

Unikal.org xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 26-da fərman imzalayıb.

Fərmanla Rauf Feyzulla oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri təyin edilib.

Qeyd edək ki , R.Əliyev bundan əvvəl “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini vəzifəsində çalışıb.