Bir neçə gün öncə səhnədə halı pisləşən Türkiyəli aktrisa Gonca Vuslateri bu dəfə xəstəxanalıq olub.

Unikal.org xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. O, xəstəxanadan foto paylaşaraq, tamaşalarının dekabr ayınadək təxirə salındığını bildirib.

"Halım qəfil pisləşdiyi üçün səyahətdən qayıtsam da, bu dəfə xəstəlik mənə qalib gəldi və xəstəxanaya yatdım. Tamaşaları dekabra ertələdik" deyə, o, paylaşımda qeyd edib.