İstanbulda üç mərtəbəli binada yanğın baş verib.

Unikal.org xəbər verir ki, toxuculuq istehsalı ilə məşğul olunan binanın üst qatında yanğın baş verib

Hadisə yerinə yanğınsöndürən briqadaları, polis əməkdaşları və təcili yardım maşınları göndərilib. Tüstüdən boğulan 5 nəfər təxliyə edilib və xəstəxanalara yerləşdirilib.

Zərərçəkənlərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.