2016-cı ildən bu yana narkotik kartelləri ilə mübarizə aparan Meksikada qorxunc bir  olay daha yaşanıb.

Unikal.org xəbər verir ki, Jalisko bölgəsində bir ferma yaxınlığındakı çuxurdan 6-sı qadın olan 14 cəsəd tapılıb.

Bölgənin Elm İnstitunun mütəxəssisləri ölüm səbəblərini müəyyən etmək üçün araşdırma aparırlar.

Qeyd edək ki, Jalisko “Yeni Nəsi”l narkotik karteli bölgədə ən güclü narkotik karteli olaraq tanınır.

Bölgədə ilin əvvəlindən bu yana 274-ə qədər cəsəd tapılıb.