Türkiyənin Dənizli şəhərində yaşayan Azərbaycan vatandaşı S.Ş. adlı qadın uşaq sahibi olmaq üçün xəstəxanaların birində müalicə almağa başlayıb.
Unikal.org xəbər verir ki, 38 yaşlı qadın xəstəxanada rentgen etdirib. Rentgendən sonra uzun müddətdir bədənində dikiş iynəsi ilə yaşadığını öyrənib.
Təcili məliyyat olunan qadın bunları deyib:
"22 yaşındaykən iynəni yanlışllıqla uddum. Dərhal xəstəxanaya getdik. Həkimlər kartof yeməmi, iynənin öz-özünə çıxacağını dedilər. Bir müddət sonra yenidən xəstəxanaya getdim. Dedilər iynə bədənimdən çıxıb. Mən də həyatıma davam etdim".