Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin Avropada qısa və orta mənzilli raketlərin yerləşdirilməsinə moratorium tətbiq etmək təklifini nəzərdən keçirməyə hazırdır.
Unikal.org xəbər verir ki,“Frankfurter Allgemeine” qəzeti hesab edir ki,, Makronun Putinə yazdığı məktub bunu deməyə imkan verir.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun əvvəl bildirdiyi kimi, Putin “Avropa və Asiyanın əsas ölkələrinə” orta və qısa mənziili raketlər barədə bir mesaj verib.
Qəzetin yazdığına görə, Fransa prezidenti oktyabrın 23-də məktubu cavablandırıb, Putinin təklifini diqqətlə araşdıracağını və ikitərəfli və çoxtərəfli şəkildə müzakirə edəcəyini vəd edib.
“Makron Rusiya ilə sülh və etibarlı münasibətlərin bərpası siyasətini davam etdirir. Avropa keçən əsrin 70-ci illərində bizim “Pioner” və ABŞ-ın “Perşinq” raketlərinin Mərkəzi və Qərbi Avropada yerləşdirilməsini xatırlayır və bunun təkrarlanmasını istəmir” - ekspert Pavel Turisin məsələni belə şərh edib.