Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Donbasın reinteqrasiyası üçün beş ssenarini nəzərdən keçirdiklərini açıqlayıb. 

Unikal.org xəbər verir ki, A. Danilov qeyd edib ki, ssenarilər üzərində iş davam edir və məsələ Ukraynanın xeyrinə olacaq. 

Avqust ayında prezident aparatı rəhbərinin müavini vəzifəsini icra edən Ruslan Ryaboşapka da   Donbas və Krımı geri qaytarmaq strategiyasını hazırlayacaqlarını söyləyib. 

2020-ci ildə ilk təşəbbüs paketi təqdim ediləcək.