Tvitterdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddia olunan Mehmet Aslanın məhkəməsi keçirilib.
Unikal.org xəbər verir ki, hakim qarşısına çıxan sənətçi ittihamları qəbul etməyərək, bəraətini istəyib. Onun təhqir məzmunlu paylaşımının prezidentə deyil, teroristlərə qarşı yönəldiyi irəli sürülərək, bəraətinə qərar verilib.