Dünyaca məşhur aşpaz Qeri Rodos vəfat edib.

Unikal.org xəbər verir ki, İngiltərədə yayımlanan “Master Chef” proqramının münsiflər heyətinin üzvü olan 59 yaşlı Rodosun ölümü ilə bağlı ailəsi məlumat verib. Lakin onun hansı səbəbdən vəfat etdiyi açıqlanmır.

Qeyd edək ki, Q.Rodos Dubayda dünyaca məşhur 4 restoranın baş aşpazı idi.