“Qızım Səbinə Əliyevanın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim”.
Unikal.org xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev qızı Səbinə Əliyevanın Ombudsman seçilməsinə münasibət bildirərkən deyib.
Yaşar Əliyev çətin və məsuliyyətli işdə qızına uğur arzulayıb: “Bir ata kimi ümid edirəm ki, Səbinə Əliyeva ona həvalə olunan vəzifənin öhdəsindən gələcək. Bu çətin və məsuliyyətli işdə ona uğurlar arzulayıram”.