5 dekabr – Beynəlxalq Könüllülər Günü və “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində abşeronlu könüllülərlə görüş keçirilib. Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib.
Unikal.org xəbər verir ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən Abşeron RİH başçsı İradə Gülməmmədova qeyd edib ki, hazırda da bu idoelogiya Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayan İ.Gülməmmədova bildirib ki, Abşeron Rayon İcra Hakimiyyətinə dördünçü rüb üzrə könüllülük fəaliyyəti üçün ümumilikdə 180-ə yaxın gənc müraciət edib, onlardan 70-i könüllü olaraq 3 ay müddətinə fəaliyyətə cəlb olunub və ixtisaslarına uyğun olaraq İcra Hakimiyyətinin müvafiq şöbələrində könüllülük fəaliyyətini həyata keçiriblər.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən könüllülərə və könüllük fəaliyyətinin təşkil olunmasında iştirak edən fəal məsul şəxslərə fəxri fərman və qiymətli hədiyyələr verilib.
Tədbir respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.