İngiltərəli Lusi Anne Ruşton evləndiyi gündən bəri əri Şaun Dayson tərəfindən şiddətə məruz qalırdı.

Unikal.org xəbər verir ki, qısqanc ər tez-tez 30 yaşlı qadını qısqanclıq səbəbilə döyür və işgəncə edirdi. Bir axşam Lusinin telefonuna gələn zəng onun həyatını məhv edir. Belə ki, Şaun zəng edənin kişi olması səbəbilə qadını azyaşlı qızının gözləri önündə döyməyə başlayır.

Lakin bununla ürəyi soyumayan ər onu nişan üzüyünü udmağa məcbur edir. Üzüyü udan qadının boğulmasına baxmayaraq, onu yerə yıxaraq vəhşicəsinə döyür. Qonşuların xəbər verməsi ilə hadisə yerinə gələn polis Şaunu həbs edir. Qadının həyatını isə qurtarmaq mümkün olmur.