Tarixin ən böyük narkobaronu Pablo Eskobarın qardaşı Roberto Eskobar istehsal etdiyi yeni smartfonlar Apple və Samsung kimi şirkətlərlə rəqabət aparır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qatlana bilən “Pablo Eskobar Fold 1” adlı smartfonun qiyməti 349 dollar (600 manat)-dır. Roberto Eskobar ABŞ-ın texnologiya nəhəngi “Apple”ı insanları aldatmaqda günahlandırıb. O bu səbəblə şirkətə gələn il 30 milyard dollarlıq (50 milyard manat) iddia qaldıracağını söyləyib. Hong-Konkda istehsal olunan və “Android” əməliyyat sistemi ilə işləyən telefonun 100 min ədədlə məhdud sayda olacağı bildirilib.