Türkiyə yenidən S-400 zenit-raket kompleksləri almaq üçün Rusiyaya müraciət edib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən ölkələrin yeni anlaşmaya imza atacağı gözlənilir.
Bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev mətbuata açıqlama verib. O, Türkiyənin 2020-ci ildə yeni S-400 hava müdafiə sistemlərinin alınma ehtimalənın yüksək olduğunu və tərəflər arasında bu mövzuda danışıqların getdiyini bildirib.
Şugayev Rusiyanın Türkiyəyə rəqabətli bazardan təyyarə tədarük edə biləcəklərini də deyib.
Gülayə Məcid