"Bakıda tramvay xətlərinin bərpa edilməsi bir qədər çətin məsələdir".
Unikal.org xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bəyan edib.
“Vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar. Onun yerinə yeni xətlər salmaq bir az çətindir.
Lakin bu məsələ haqqında da düşünülür. Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq.
Fikirləşirik ki, Biləcəridən Pirşağa tərəfə, həm də Əhmədli qəsəbəsi, Maştağa tərəfə xətlər çəkilə bilər”.