Sabah "Azərişıq" ASC sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Salyan .şəhərində  vətəndaşları qəbul edəcək.

ASC-dən Unikal.org-a bildirilib ki, qəbul "Azərişıq”ın Salyan Rayon Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasında baş tutacaq.

Qəbulda Salyan rayonu ilə yanaşı, Neftçala rayonundan olan sakinlərin elektrik enerjisi təchizatı ilə bağlı təklifləri dinləniləcək.