Türkiyənin Balıkesir vilayətinin sahillərində 44 qanunsuz miqrant saxlanılıb.
Unikal.org xəbər verir ki, onlar Yunanıstanın Midilli adasının ərazisinə qanunsuz daxil olmağa çalışırdılar.
Məlumata əsasən, miqrantlar jandarmeriya əməkdaşları tərəfindən saxlanılıb.
Bunlardan 43 nəfəri Əfqanıstan vətəndaşı, biri Somali vətəndaşıdır. Miqrantlar müvafiq orqanlara təhvil verilib.