Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.
Unikal.org report-a istinadən xəbər verir ki, Nazirlik məsələnin araşdırıldığını bildirib.
“Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq, daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, - Nazirlikdən bildirilib.