“Azərbaycanda həyata keçirilən islahatların əsas məqsədi vətəndaş məmnunluğuna nail olmaqdır”.
Unikal.org xəbər verir ki, bunu Bakıda keçirilən "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu"nda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması bu sahədə şəffaflığa şərait yaradıb: “Gələn ildən fermerlərə subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Bu da subsidiyalaşmada insan amilinin rolunu azaldacaq. Ümumiyyətlə isə islahatlar nəticəsində aqrar sektorun ÜDM-dəki payı artıb”.