Respublika Süni Mayalanma Mərkəzində Dövlət Toxum Fondunun təşkilatçılığı ilə qərb bölgəsində heyvandarlıq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılmasının daha səmərəli təşkili məqsədi görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə Dövlət Toxum Fondunun sədr müavini Elton Əbdurəhmanov, Fondun Satış və Biznesin inkişafı şöbəsinin müdiri Mədinə Əliyeva, Kənd Təsərrufatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova, Süni Mayalanma Mərkəzinin müdiri Ramiq Abbasov, Samux, Göygöl, Qazax, Ağstafa, Daşkəsən, Tovuz, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və süni mayalanma mütəxəssisləri iştirak edib.

Görüşdə qərb bölgəsində yerləşən rayonlarda süni mayalandırmada istifadə olunan zəruri ləvazimatların satış həcminin artırılması, satış strategiyası və digər tədbirlərin təşkili üçün müvafiq işlərin görülməsi mövzusunda müzakirələr aparılıb, mütəxəssislərin təklifləri qeydə alınıb.