Dekabrın 19-da Bakıda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqun ikinci mərhələsi keçirilib.

Unikal.org Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, iştirakçılar qarşılıqlı maraq kəsb edən aktual siyasi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıblar.

O cümlədən münaqişələrin həlli və böhranların nizamlanması, regional və beynəlxalq təhlükəsizlik üçün təhdidlər və problemlər, habelə praktik əməkdaşlıq imkanları müzakirə edilib.