Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, V çağırış Milli Məclisin deputatı Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb

Unikal.org xəbər verir ki, bu barədə Azay Quliyev özünün "Tvitter" hesabında məlumat paylaşıb:

“Milli Məclisdə şərəflə təmsil etdiyim 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. Əminəm ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm”.