Milli Məclisin deputatı Adil Əliyev növbədənkənar parlament seçkisində iştirak edəcəyini bəyan edib.

Unikal.org xəbər verir ki, Adil Əliyev bu barədə Facebook-dan açıqlama yayıb. O bu qərarını “seçicilərin çoxsaylı xahişləri” ilə əlaqələndirib.

O, yenidən Nərimanov rayonu, 20 saylı II seçki dairəsindən namizəd olacaq.