Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən bir sıra partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərə baxılıb.

Unikal.org xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha dörd partiyanın – Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 19-a çatıb.