Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov gələn ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər müraciət edən şəxslərin siyahısını açıqlayıb. 

Unikal.org-un xəbərinə görə, M.Pənahov bildirib ki, parlament seçkilərində iştirak etmək 901 müraciət edib, onlardan 569 nəfərinin namizədliyi artıq təsdiq olunub:

“Onlardan 439 nəfəri isə imza vərəqələrini artıq götürüb”.