“Elə mahnılar var ki, biz onu həmişə sevirik. Faiq Ağayevin yaradıcılığında olan bütün əsərləri sevmişəm və hörmətlə yanaşmışam. Amma “Uşaq kimi” mahnısı çox gözəldir”.
Unikal.org axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan İnstaqram “Story”də paylaşdığı videoya deyib.
Sənətçi bir neçə müddət öncə qalmaqal yaşadığı Xalq artisti Faiq Ağayevə barışıq əli uzadıb:
“Küsənlər, hamınız barışın. Kiçik kiçiklik etsin, böyük də böyüklüyünü”.
Qeyd edək ki, qalmaqalın səbəb olan Faiq Ağayevin Azərbaycandakı konsertlərdən real gəlir və izləyici yığan müğənnilər sırasında Röyanın adını çəkməməsi olmuşdu.