Hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41462 nəfərin adı daxil edilib.
Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, seçkilərdə 13 siyasi partiyanın nümayəndələri də namizəd kimi qeydə alınıb: “Bu, böyük göstəricidir”.