Milli Məclisin deputatı Çingiz Qənizadə növbədənkənar parlament seçkilərinə getdiyini açıqlayıb.

Ç. Qənizadə Unikal.org-a açıqlamasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib. O, bu dairədən seçicilərini son 10 ildə ləyaqətlə təmsil etdiyini qeyd edib: "Seçicilərimin hörmət və inamını qazanmışam. Odur ki, yenidən həmin dairədən namizədliyini irəli surməyi məqsədəuygun hesab etdim".