Türkiyəli məşhurlar tanınmış prodüser Polat Yağcının ad günü partisinə qatılıblar.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, partiyə damğa vuran an isə Mustafa Sandal olub. Belə ki, M.Sandal həmkarı gənc müğənni Aleyna Tilkinin arxasında dayanaraq qəribə hərəkətlər edib.Partiyə Mustafa Sandal ilə Aleyna Tilki ilə yanaşı Demet Akalın, Okan Kurt, Nur Yerlitaş və Serkan Kaya da qatılıb.
Belə ki, müğənni Erol Kösenin sosial şəbəkədə paylaşdığı videoda Aleyna Tilki və Mustafa Sandalın arasında yaşananlar diqqət çəkib.
Aleyna Tilkinin arxasında dayanaraq alqış tutub, əylənən Sandal mahnı bitincə əl hərəkətləriylə Aleyna Tilkiyi göstərərək nəisə izah etməyə çalışdığı da diqqətlərdən yayınmayıb.
Bu anları "instaqram"da yayımlayan Köse "Mustafa Sandal Aleynanın arxasından nə söyləməyə çalışır?" deyə yazıb.