“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” Anlaşma Memorandumunun təsdiq edib.
Unikal.org xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” 2019-cu il oktyabrın 11-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin".