"Forbes" dərgisi bu dəfə son on il ərzində ən çox qazanan məşhurların siyahısını hazırlayıb.
Unikal.org xəbər verir ki, ən varlı məşhur Dr.Dre olub. Repçi və prodüser yeni albomu ilə 2015-ci ildə konsert turuna çıxıb. Daha sonra öz brendi olan qulaqcıqlar yaradıb. Bu qulaqcıq "Apple" şirkətinə 3 milyard dollar xeyir gətirib. 54 yaşlı tanınmış son 10 ildə 950 milyon dollar qazanıb.
Siyahının ikincisi Teylor Svift olub. O, 825 milyon dollar gəlir əldə edib. Siyahının üçüncüsü Beyonsdur. Müğənni 685 milyon dollar qazanıb.
"U2" (675 milyon), Diddy (605 milyon), Elton Con (565 milyon), Jay-Z (560 milyon), Pol MakKartni (535 milyon), Keti Perri (530 milyon) və Ledi Qaqa da (500 milyon) siyahıda yer alıblar.