Müğənni Günay İbrahimli plastik əməliyyatlardan söz açıb.
Unikal.org xəbər verir ki, sənətçi xarici görünüşündə dəyişiklik edən bəzi həmkarlarının əməliyyatını uğursuz hesab etdiyini “Mtv Azərbaycan” kanalına müsahibəsi zamanı dilə gətirib:
“Ümumiyyətlə əməliyyatlara pis baxmıram. Amma qədərində. Son zamanlar hamı biri-birinə oxşayır. Çox bərbad görünür. Efir vasitəsilə deyirəm ki, elə bilməyin yaxşı görünürsünüz, çox bərbad görünürsüz. Əməliyyat etdirdikdə təbii edin”.