SSRİ Xalq artisti, Moskvanın “Sovremennik” teatrının bədii rəhbəri, aktrisa Qalina Volçek dünyasını dəyişib.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Qalina Volçek 86 yaşında vəfat edib.
Məlumata görə, dekabrın 23-də o, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Buna səbəb onun ağciyərlərinin ikitərəfli iltihabı olub. Həkimlərin səylərinə baxmayaraq, sənətçi həyatını itirib.
Qeyd edək ki, Qalina Volçek 1933-cü ildə Moskva şəhərində anadan olub. O, 1971-ci ildə “Sovremennik” teatrının baş rejissoru, daha sonra bədii rəhbəri vəzifəsinə təyin edilib. Aktrisa “Don Kixot”, “Avtomobildən qorun” və “Payız marafonu” filmlərində rol alıb.
Ömrünün son illərində Volçek kinoda, demək olar, çəkilmirdi və teatr quruluşlarında iştirak etmirdi.