Azərbaycanın xalq artisti Aygün Kazımova Dağlıq Qarabağ müharibəsi zamanı ağır xəsarət alan, Paralimpiya Oyunlarında Dünya Kubokunun qalibi Əkbər Muradovun qarşısında diz çökərək oxuyub.

Unikal.org-un məlumatına görə, müğənni bu gün Bakıda keçirilən 2019-cu ilin idman yekunlarına həsr olunmuş tədbirdə musiqi ifa edib. İfası zamanı əlindəki gül çələngi ilə, Əkbər Muradova yaxınlaşıb. Qarabağ veteranın qarşısında diz çökərək gülü ona təqdim edib və oxuyub.

A.Kazımovanın bu addımını tədbir iştirakçılarının və Gənclər və İdman naziri Azad Rəhimov alqışla qarşılayıb.

Xatırladaq ki, Əkbər Muradov İdman fəaliyyətinə 2004-cü ildə Bakıda başlayıb. O, kişilərin 10 metr məsafəyə güllə atıcılığında dünya sıralamasında 5-ci olub. Əkbər Muradov 2007 və 2013 Avropa Çempionatının bürünc mükafatçısı və Dünya Kubokunun qalibidir. Azərbaycanı 2012 Yay Paralimpiya Oyunlarında təmsil etmişdir. Əkbər Muradov Dağlıq Qarabağ müharibəsi zamanı ağır xəsarət alaraq əlil olmuşdur. O hazırda güllə atıcılığı üzrə paralimpiyaçılardan ibarət yığma komandanın baş məşqçisi kimi fəaliyyət göstərir. 

Həmin görüntüləri təqdim edirik:

Hazırladı: Aygün İlqarqızı

FOTO: Müzəffər İsmayılov