Xalq artisti Mənsum İbrahimov Ağdamdan deputatlığa namizədliyini irəli sürəcəyi ilə bağlı xəbərə münasibət bildirib.
Unikal.org-a açıqlama verən xalq artisti yayılan xəbəri təkzib edib:
"İnformasiya hardan qaynaqlanır, onu bilmirəm. Parlament seçkilərinə namizədliyimi verməmişəm, heç bir siyasi partiyanın da üzvü deyiləm. Hansısa partiya mənim namizədliyimi necə verə bilər axı? Cəmiyyətdəki statusumdan çox razıyam. Çünki böyük tribunalardan sözümü deməyə də iqtidarım var, deyirəm də. Düşünürəm ki, hər kəs öz işi ilə xalqa xidmət etməlidir. Məni Milli Məclisdə görmək istəyən və dəstəkləyənlərə öz təşəkkürümü bildirirəm. Amma mən öz yerimdə daha rahatam. Deputat olmaq fikrim də yoxdur. Muğam sahəsində görəcək işlərim daha çoxdur. Hazırda cəmiyyətdəki statusum deputatlıqdan çox üstündür".
Famil Fərhadoğlu