Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 yanvar 2020-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Sabirabadda Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Unikal.org xəbər verir ki, elə həmin gün saat 11:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Şirvanda Şirvan, Hacıqabul, Kürdəmir şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 14 yanvar 2020-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.