İl ərzində meşə və qeyri-meşə fondu ərazilərində salınan yaşıllıqların sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev keçirilən brifinqdə bu ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri meşə sahələrində, ümumilikdə, 1 milyon 764 min 356 ağac əkildiyini deyib.

Onun sözlərinə görə, yaz və payız ağacəkmə mövsümlərində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara, ümumilikdə, 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb.