Azərsun şirkətinin işdən çıxarılan mühafizəçiləri holdinqin rəhbəri Abdulbari Gözəlin evinin önündə aksiya keçiriblər.
Unikal.org xəbər verir ki, işdən çıxarılan mühafizəçilər A.Gözəlin onlarla görüşməyini tələb ediblər. Onlar əllərində plakatlar tutaraq, onun villadan çıxmasını istəyiblər. Plakatlarda "Abdulbari Gözəl qanunları niyə pozursan? Çıx, cavab ver. A.Gözəl pencəyini sat, haqqımı ver" kimi şüarlar qeyd ediblər. Keçmiş işçilər Azərsun Holdinq tərəfindən şikayətlərinə baxılmadığını bildiriblər.
Orxan Həsənli