Müğənni Rəvan Qarayev "Hər şey daxil" verilişinin qonağı olub.
Unikal.org xəbər verir ki, sənətçi aparıcı Tolikin sevgi ilə bağlı suallarını cavablandırıb.
Rəvan "2020-ci ildə üçüncü sevgilini tapmaq istəyirsən" sualına "Sevgili istəmirəm, özüm üçün sakit yaşayıram. Qoyun yaşayım" deyə cavab verib.
Qeyd edək ki, Rəvan iki dəfə ailəli olub və boşanıb. Onun hər nikahdan qız övladları var.