Serbiyalı model Əminə Yahoviç boşandıqdan sonra 10 illik ailə həyat yoldaşı olan Mustafa Sandal barədə maraqlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Əminə Mustafa Sandalla yeni ilin ilk gününü birlikdə keçirmədiklərini açıqlayıb: "Xeyr, ikinci dəfə olmaz. Mustafa ilə həqiqətən möhkəm yoldaşıq. Boşandıqda da yaxşı idik. Hətta ədliyyədən çıxıb birlikdə evə qayıtdıq. Uşaqlarla süfrəyə oturub dönər yedik. Biz bir-birimizi hələ də sevirik. Bəli eşq bitdi, amma hörmətə davam edirik. Oğlanlarım Yavuz və Yaman o qədər balaca idilər ki, vəziyyəti qəbul etdilər. Artıq bir yerdə olmağımızı istəmirlər”.