Amerika model Kaylen Ward Avstraliyada 24 nəfərin öldüyü, 1500-dən çox evin yararsız hala düşdüyü, yüzlərlə koala və kenquruların öldüyü yanğınlarda zərərçəkənlərə yardım toplamaq üçün bədənini satışa çıxarıb.
Unikal.org xəbər verir ki, Amerikalı model Kaylen Wardun yardım toplamaq üçün istifadə etdiyi metod hər kəsi təəccübləndirib. Model Avstraliyadakı yanğınlara kömək üçün bank hesabına 10 dollar göndərənə çılpaq fotoşəkilini göndərəcəyini yazıb.
O, ınstagram hesabında bu kampaniyaya start verib. Dəqiqələr içində modelə 20 min mesaj gəlib.