Əməkdar artist Elza Seyidcahan "Hər şey daxil" verilişində qonaq olub. O aparıcı Tolikin suallarını cavablandırarkən deputatlığa namizədliyindən də danışıb.
Unikal.org xəbər verir ki, Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ ilə bağlı çox danışmayacağını deyib:
"Bizə danışmağa icazə yoxdur. Hələ proseslər davam edir. Təsdiqlənsin, açıqlama verəcəm".
İfaçı daha sonra həmkarı Mətanət İsgəndərlinin yenidən ana olmaq istəyinin qınanılmasına münasibət bildirib.
"Biz hamımız hər zaman hamilə olmalıyıq" deyən Seyidcahana Tolik "Biz də, buradakı kişilər də" sualını ünvanlayıb. O, isə "Bəli, hamımız. Yaxşı əməllərimizlə hamilə olmalıyıq. Kaş mənim 10 övladım olardı" sözlərini əlavə edib.