Acun Ilıcalı və müğənni Əmrah məhkəməlik olub. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər  verir ki, Əmrah bir müddət "O Ses Türkiye", "Yetenek Sizsiniz" və "Rising Star" adlı yarışma proqramlarında onun icazəsi olmadan mahnılarından istifadə edildiyi üçün Acun Medya şirketini məhkəməyə verib. 
Məhkəmə Əmrahın lehinə qərar verib  və Acunun şirkəti müğənniyə 84 min TL (25 min manat) tazminat ödəməli olub. Bu məbləğin 54 mini maddi, 30 min lirəsi mənəvi təzminatdır. 

Qeyd edək ki, Əmrah Ərdoğan iki il əvvəl açdığı iddiada mahnılarının icazəsiz istifadə edildiyi səbəbiylə Acun Medyadan 30 min lirəsi maddi, 119 min lirəsı mənəvi olmaq üzrə ümumilikdə 149 min lirə təzminat tələb etmişdi.