Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Georgi Kutoyan qətlə yetirilib.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutunyan bildirib. G. Kutoyanın güllə yaraları olan meyiti Yerevanda yerləşən mənzildə tapılıb.

Qeyd edək ki, G. Kutoyan 2016-2018-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi olub.